Çində 2023-cü ildə əhalinin sayı əvvəlki illə müqayisədə 2,08 milyon nəfər azalaraq 1 milyard 409 milyon nəfərə düşüb.
Rednews.az xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Ötən il Çində 9,02 milyon doğum və 11,1 milyon ölüm qeydə alınıb. Əhalinin hər min nəfərinə artım 1,48 nəfər olub. Bu rəqəm nəinki əhali sayının artımına, heç sabit saxlanılması üçün də yetərli deyil. Ötən il Çində şəhər yerində yaşayanların sayı artaraq, əhalinin 66,16 faizini təşkil edib.
Büro ötən ilin sonuna ölkədə 720,32 milyon kişi, 689,35 qadın olduğunu açıqlayıb. Ölkədə məşğulluq yaşındakı əhalinin (16-60 yaş arası) sayı 864,81 milyon nəfər təşkil edib ki, bu da ümumi əhali sayının 61,3 faizi deməkdir.