"24 yanvar tarixinə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi rekord həcmdə qaz qəbul edib".
Rednews.az-ın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru
Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdəki canlı yayımı zamanı söyləyib.
Onun sözlərinə görə, qeyd olunan tarixə “Azəriqaz” sutkalıq 48 mln. kubmetr qaz qəbul edib ki, bu da rekord bir göstəricidir:
“Keçən ilin eyni gününə nisbətən 8 mln. kubmetr artıq qaz qəbul olunub. Bu günı olan məlumata görə, hazırda ölkə üzrə qaz təchizatı ilə bağlı ciddi bir problem yoxdur. Bir-iki yerdə kiçik qəzalarımız olub və onlar aradan qaldırılıb".
Röyal