Ölkə başçısı İlham Əliyev Birləşmiş Ştatlarının Azərbaycana təyin olunmuş yeni səfirinin etimadnaməsini qəbul edib.
Rednews.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.