Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb.
Rednews.az xəbər verir ki, prezidentliyə namizədliyi təsdiq edilən şəxslər artıq seçki şüarlarını müəyyən ediblər.
Seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir.
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi
İlham Əliyev – “Qalib xalqın qalib lideri!”;
Namizədliyi özü tərəfindən irəli sürülən
Zahid Oruc – “Ən böyük sərvət insandır!”;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi
Razi Nurullayev – “Sosial ədalət, sosial demokratiya”;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi
Fazil Mustafa - “Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: rifat dövləti Azərbaycan!”;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi
Elşad Musayev -“Hər şey qalib xalqımız üçün! Biz yeniliyi seçdik!”;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi
Qüdrət Həsənquliyev - “Ədalət, hüquq, demokratiya”;
Namizədliyi özü tərəfindən irəli sürülən
Fuad Əliyev - “Varlı vətəndaş, varlı ölkə!”.
Yanvarın 15-dən start götürən proses
fevralın 6-sı saat 8:00-da dayandırılacaq.