Son illər dünyada artan cinayət hadisələri, zorakılıq halları və miqrantların qeyri-adekvat davranışları öz kübar üslubu ilə seçilən Danimarkadan da yan keçməyib.
Rednews.az xəbər verir ki, ötən həftə Kopenhagenin mərkəzində baş vermiş bir neçə cinayət hadisəsi insanları təşvişə salıb. Buna görə də Danimarka polisi təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib. Qərara əsasən təhlükəsizlik tədbirləri çərçivəsində əsas yollarda, müxtəlif saatlarda şəhər və şəhərkənarı iaşə obyektlərində və avtomobillərdə yoxlamalar aparılacaq və mütəmadi reydlər keçiriləcək.
Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagen dünyanın ən təhlükəsiz şəhərlərindən hesab olunur.