Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
Rednews.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu addım Ağdam təmsilçisinin fevralın 15-də Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa”ya qarşı keçirəcəyi ilk matça daha yaxşı hazırlaşması üçün atılıb.
Bildirilib ki, qərar qəbul edilərkən “qırmızı-qaralar”ın razılığı da nəzərə alınıb.