Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) 2023-cü ilin dekabr ayına qədər Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi fraksiyasının üzvləri onun ləğvi barədə qərarı rəsmən təsdiqləyiblər.
Rednews.az-ın məlumatına görə, buna səbəb maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqal olub.
Qeyd edək ki, yanvarın 19-da Kişida “Mən ləğvetmə imkanlarını araşdırıram. Əgər onun həyata keçirilməsi əhalinin siyasətə inamını bərpa edəcəksə, biz bu variantı nəzərdən keçirməliyik”, - deyə bildirmişdi.