Hazırda klinikada müalicə alan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti yaxşılaşıb.
Rednews.az xəbər verir ki, bu barədə Saakaşvilinin müalicə aldığı “Vivamedi” klinikasının direktoru
Zurab Çxaidze jurnalistlərə müsahibəsində bildirib.
O bildirib ki, real pisləşmə yoxdur, yaxşılaşma var:
“Pasiyentin vəziyyəti stabildir, mən onun durumunun yaxşılaşdığını deyə bilərəm. Hemodinamik göstəricilər, həmçinin tənəffüs parametrləri stabildir. Real pisləşmə yoxdur”, - deyə həkim qeyd edib.
Çxaidze sabiq prezidentin qidalanmasının yaxşılaşdığını, lakin hələ də dietoloqların tövsiyə etdiyi vəziyyətə çatmadığını əlavə edib.
Qeyd edək ki, Mixeil Saakaşvili bu gün sağlamlıq vəziyyətini əsas gətirərək külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham edildiyi “Pencək işi” ilə əlaqədar Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında iştirakdan imtina edib.
Turan