Bakı şəhəri ərazisində mikromobillik zolaqları üçün qoruyucu sədləri quraşdırılacaq.
Rednews.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı “STP Polymer” MMC ilə anlaşıb.
Şirkətə qoruyucu sədlər və quraşdırılma dəstləri üçün 535 661 manat ödəniş ediləcək.