Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla 22 yanvar tarixində 98 reys həyata keçirilib, 2891 sərnişin daşınıb.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
Rednews.az-a verilən məlumatda deyilir. Agentliyin məlumatında bildirilib ki, avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib.
Xatırladaq ki, adıçəkilən marşrut xətti digər nəqliyyat vasitələri eyni məsafəni təxminən 1 saat ərzində qət edə bilir.
Qeyd edək ki, ekspres avtobuslar Sumqayıt Avtovağzalı, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, Avtovağzal metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.