Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.
Rednews.az xəbər verir ki, Paşinyanın təyyarəsi Vnukovo 2 hava limanına enib.
Qeyd edək ki, Ermənistan Baş naziri bu gün Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclasında iştirak edəcək. Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşü də planlaşdırılıb.