Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib. Bu Paşinyanın adıçəkilən kəndə ikinci səfəridir.
Mövzu ilə bağlı Rednews.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, bu ərazilərə səfər onunla bağlıdır ki, burada Azərbaycanın 7 kəndi hələ də Ermənistanın işğalı altında qalmaqdadır:
“Həmin kəndlərin 4-ü anklav deyil. Nikol Paşinyan keçən səfərki səfərində də yerli əhaliyə vəziyyəti anlatmışdı. Onda da bildirilmişdi ki, həmin kəndlər Ermənistana aid deyil və qaytarılmalıdır. Ondan sonrakı dövrdə Ermənistan müxalifətinin təmsilçiləri, terrorçu qruplaşmaların nümayındıələri və keçmiş müdafiə naziri Ohanyan, Levon Koçaryan əraziyə gedərək əhalini qızışdırmağa çalışdılar”.