Salyanda yol-nəqliyat hadisəsi baş verib, xəsarət alanlar var.
Rednews.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində Kürsəngi kənd sakinləri – 1989-cu il təvəllüdlü Rüstəmov Bilal Əlibaba oğlu və Ağamalıyev Ağa Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.