Bakı-Qazax magistral avtomobil yolunda nəqliyyat hadisəsi baş verib.
Rednews.az – ın qərb bölgə müxbirlinin verdiyi xəbərə görə, hadisə Ağstafa rayonunun Qırlı kəndi ərazisində gerçəkləşib.
Bakı istiqamətində hərəkətdə olan DAF markalı Tır dairəvi yolu dönərkən sürücü idarəetməni itirərək yük maşınını aşırıb. Nəticədə avtomobilin sürücüsü Orxan Salmanov yüngül xəsarət alıb.
Qeyd edək ki, yüklə dolu avtomobil Gürcüstandan Bakıya balıq məhsulu daşıyırmış.
Faktla bağlı araşdırma aparılır.
Rübabə Sahib