İtaliyanın Livorno şəhərində Gürcüstan vətəndaşı avtomobil oğurladığına görə polis tərəfindən saxlanılıb.
Rednews.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata əsasən, 40 yaşlı gürcü tikinti obyektlərin birindən avtomobil oğurlayıb.
İstintaq zamanı məlum olub ki, həmin şəxs oğurlanmış avtomobili sərxoş vəziyyətdə idarə edib.
Bu səbəbdən yol-nəqliyyat hadisəsi törədib və polis həmin avtomobilin oğurlandığını belə aşkarlayıb.
Hadisədən sonra avtomobil qanuni sahibinə qaytarılıb. Faktla bağlı isə istintaq davam etdirilir.
Elçin