"2024-cü ildə Ermənistanın işğal altında saxladığı 8 kəndin hamısının qaytarılması ehtimalı daha azdır. Çünki orada anklavlar məsələsi var. Fikrimcə, biz 2024-cü ilin sonuna qədər biz 8 kənddən qaytarılmasının şahidi ola bilərik. Təbii ki, bu da bir ehtimaldır. Söhbət Qazaxın əsas hissəsinə bitişik, anklav olmayan kəndlərdən gedir".Bunu
Rednews.az-a açıqlamasında siyasi şərhçi
Asif Nərimanlı deyib.
Siyasi icmalçının sözlərinə görə, rəsmi Bakı həmin kəndlərin qaytarılması prosesini
iki mərhələyə bölür:
"İlkin mərhələdə Ermənistan anklav olmayan 4 kəndi Azərbaycana geri qaytarmalıdır. Daha sonra anklav kəndlərin qaytarılması prosesi müzakirəyə çıxarılmalıdır. Çünki anklav kəndlərdə yaşayışı və insanların təhlükəsizliyini təmin etmək üçün dəhlizlər, yollar lazımdır. Bu istiqamətdə cavabını gözləyən suallar, həll edilməsi vacib məsələlər çoxdur. Həmin kəndlərin təhlükəsizliyini kimin qoruyacağı da müzakirələr fonunda bəlli olacaq. Fikrimcə, anklavlar məsələsinin həlli Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan, iki ölkə arasında sərhədlər açıldıqdan, münasibətlər qurulduqdan sonra daha real görünür. Bu kontekstdən baxdıqda, 8 kənddən 4-nün bu il ərzində qaytarılması ehtimalını daha real hesab edirəm. Burada ən önəmli məsələ ilk olaraq Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmalıdır".
Ekspert
Asif Nərimanlı onu da vurğulayıb ki, sülh müqaviləsi ilə bağlı tərəflər arasında bir sıra məsələlərdə fikir ayrılıqları mövcuddur:
"Azərbaycan təklif edir ki, sülh müqaviləsini tezləşdirmək üçün sərhədlərin delimitasiyası məsələsini sonraya saxlamaq mümkündür. Yəni, rəsmi Bakı delimitasiya məsələsinin sülh sazişindən sonra ayrıca müzakirəsinin tərəfdarıdır. Ermənistan tərəfi isə bunu qəbul etmək istəmir. Əgər İrəvan Bakının bu istəyini qəbul edərsə, o zaman sülh müqaviləsi daha tez, hətta bu ilin əvvəlindəcə imzalana bilər. Bundan sonra sərhədin delimitasiyası daha da aktuallaşacaq. Çünki kommunikasiya xəttlərinin açılması üçün Ermənistan delimitasiya məsələsinin daha tez həllinə çalışacaq.
Əgər sülh sazişi ilin əvvəlində imzalansa, o zaman Qazaxın işğal altındakı 4 kəndinin ilin sonuna qədər qaytarılmasına şahidlik edə bilərik. Əgər delimitasiya məsələsi sülh sazişi ilə birgə həll olunacaqsa, bu halda Qazaxın kəndlərinin işğaldan azad edilməsi daha uzunmüddətli proses olacaq. Hətta bunun üçün bir neçə il lazım ola bilər. Bir sözlə, sülh müqaviləsinin hansı müddətdə imzalanmasından çox şey asılıdır".
Tural