Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rednews.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada rayon Rəhimli kənd sakini Rəşid Böyükkişyevi vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.