Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Rednews.az saytının məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Avtomobil yolu keçmək istəyən 2005-ci il təvəllüdlü T.Əmiraslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.