Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Rednews.az -ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü Ağarza Rzayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bidlirilir.
23 yaşlı oğlanın hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Rübabə SAHİB