Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Rednews.az xəbər verir ki, hadisə rayonun Rövşən Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 51 yaşlı Kəmalə Cəfərova, piyadaların kecidi nəzərdə tutulmayan yeraltı avtomobil keçidinin qarşısından, yolu əks tərəfə keçərkən onu avtomobil vurub.
Hadisə nəticəsində yaralı müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin məlumatına görə hazırda xəstənin vəziyyəti orta agır qiymətləndirilir.
Faktla baglı araşdırma aparılır.
Rübabə SAHİB