Qonşu Gürcüstanın Qori bələdiyyəsinin Rexa kəndində itini silahla vuran şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Rednews.az xəbər verir ki, bu barədə məlumatı qonşu ölkənin Daxili İşlər Nazirliyi təstiqləyib.
Məlumata əsasən, kənd sakini iti evdə olan uşağa hücum etdiyi üçün güllələyib.
DİN-dən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 259 (heyvanlarla amansız rəftar) maddəsi ilə istintaq başladılıb.
Elçin