"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rednews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə D.Xəlilovun ümumi məhkumluq müddəti 14 il 9 aya, A.Cavadovun məhkumluq müddəti isə 12 il 6 aya qədər uzadılıb.