Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edilməsi Azərbaycana avtomobil idxalını artıracaq.
Rednews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bütövlükdə Azərbaycana avtomobil idxalının artması müşahidə olunur.
2023-cü ildə Azərbaycana 95 mindən çox avtomobil idxal edilib, 2022-ci ildə isə bu rəqəm 74 mindən artıq idi. Hətta avtomobillərin ili ilə bağlı qadağaların tətbiq edilməsinə baxmayaraq, avtomobil idxalı artıb.
Bu qərardan sonra Azərbaycana idxal edilən avtomobillərinin sayının artacağı və ili çox köhnə olan avtomobillərin ucuzlaşacağı proqnozlaşdırılır. Bu, eyni zamanda, ili yeni olan və qiyməti 20 min manata qədər avtomobillərə tələb yaradacaq. Bu tələb idxalı stimullaşdıracaq və ona görə də taksilərlə bağlı yeni qaydaların avtomobil idxalına təsir edəcəyi gözlənilir