Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Rednews.az xəbər verir ki, hərəkətdə olan üç avtomobil qəzaya uğrayıb. Qəza səbəbindən Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb. TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.