Bu günlərdə Çağdaş dünya rəssamlarının əsərlərindən ibarət "Dünyanı sənət xilas edəcək" adlı kitab-kataloq çapdan çıxacaq.Bu barədə
Rednews.az-a açıqlamasında rəssam
Nəvai Metin məlumat verib.
Kataloq-kitabın ideya rəhbəri rəssam Nəvai Metin (Azərbaycan), məsləhətçilər-sənətşünas Ziyatxan Əliyev (Azərbaycan), rəssam-şair Ümit Yaşar Işıkhan (Türkiyə), rəssam İrina Averinosdur (İordaniya).
Bu kitab-kataloqda 25-dən çox ölkədən 135 dünya rəssamının əsərləri yer alıb.
Kitabla bağlı təqdimat mərasimi Atatürk Mərkəzində keçiriləcək.