Avtomobil piyadanı vurdu: Yeniyetmənin vəziyyəti ağırdır..
Manşet / Gündəm / Hadisə
7-04-2024, 05:30
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rednews.az-ın məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağayev Anar Namiq oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.