Ermənistanı "Avroviziya 2024" mahnı müsabiqəsində təmsil edəcək "Ladaniva" qrupunun yarışmada səsləndirəcəyi mahnı ilə bağlı iddialar ortaya çıxıb.
Rednews.az xəbər verir ki, TikTok platformasında sözügedən mahnının musiqisinin 1976-cı ildə Türkiyədə yayımlanan "Süd qardaşlar" filmindəki musiqi ilə eyni olduğu bildirilib.