ABŞ-ın Yale Universitetinin kitabxanasında illərdir saxlanan bu kitabı heç kim oxuya bilmir.
Rednews.az xarici KİV-ə istinadla xəbər verir ki, “MS 408” adı verilən bu kitabın nə yazarı, nə adı var.
“MS 408”in fərqliliyi onun bilməyən bir dildə yazılmasıdır. Kitabda simvollar rəsmlərlə yanaşı şifrəli, qəribə və heç kimin hələ anlaya bilmədiyi dildə cümlələr yazılıb.
Bəzi kəlmələr digər dillərdəki sözlərə oxşayır, amma yenə də tam olaraq anlamaq mümkün deyil.
1950-ci illərdə II Dünya Müharibəsindən sonra Soyuq Müharibənin əvvəlində kitabdakı şifrələri açmağa bir neçə alim, araşdırmaçı dəvət olunub.
Yenə də heç bir nəticə əldə edilməyib.
“MS 408” ilk dəfə 16-cı yüzillikdə ortaya çıxıb. Bugünkü Çexiya Respublikasının torpaqlarındakı Bohemiya kralı II Rudolf kitabın ilk sahibi olub.
Ondan sonra əldən-ələ dolaşan kitab araşdırılmaq üçün kilsə rahiblərinə verilib.
Praqadan Romaya qədər yüzillər boyu səyahət edib və nəhayət polyak əsilli bir oxucu tərəfindən Yale Universitetinə bağışlanıb.