Bu ilin yanvar-mart aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 7,3 milyon ton, ixracı isə 6 milyon ton olub.
Rednews.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 400 milyon kubmetr artımla hasil edilmiş 12,6 milyard kubmetr təbii qazın isə 6,4 milyard kubmetri ixrac olunub.
Energetika Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.
Hesabat dövründə neft ixracının isə 5,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu isə SOCAR-ın payına düşüb.