Avtomobil almaq və ya satmaq istəyən şəxslər problemlərlə tez-tez üzləşir.
Rednews.az bildirir ki, avtomobil almaq istəyən şəxslər adətən bəzi ustaların əli ilə aldadıldığını bildirir. Satıcı alıcıdan xəbərsiz ustaya müxtəlif məbləğdə pul təklif edərək avtomobilini tərifləməsini istəyir. Ustaya inanıb avtomobili alan şəxs isə sonradan problemlərlə üzləşir.
Uzun müddətdir avtomobillərin təmiri ilə məşğul olan Tural Rəhmanlı deyir ki, bu kimi hallarla demək olar hər gün qarşılaşır. Lakin həqiqətən usta xidməti göstərən şəxs avtomobilin bütün problemlərini olduğu kimi deməlidir.
Bütün bunlar, avtomobil dəllalarının əlavə qazanc əldə etmək üçün əl atdığı üsullardan bir neçəsidir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu problem əsasən ili köhnə olan nəqliyyat vasitələrində yaşanır.
Ekspertin sözlərinə görə, bu kimi problemlərin yaşanmaması üçün dövlət tərəfindən xüsusi portalın yaradılması nəzərdə tutulub. Texniki göstəriciləri bu portala ildə 1 dəfə daxil edildikdən sonra avtomobilini satan şəxs həmin elektron məlumatları alan şəxsə təqdim etməlidir.