Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
Rednews.az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1
Sonuncu - 10-cu pillədə qərarlaşan "Qəbələ"nin 15 xalı var. Qonaqlar 42 xalla beşincidir.
Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.