Yanvarın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.Bu barədə
Rednews.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Səfər çərçivəsinə nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı, yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.