"Neftçi" klubu baş məşqçi axtarışındadır.
Rednews.az bildirir ki, Ulusum.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu Miodraq Bojoviçlə yollarını ayırmaq niyyətindədir. Bildirilir ki, bu ilin yanvarında baş məşqçi postuna gətirilən Bojoviç ümidləri doğrultmadığından "Neftçi" rəhbərliyi onun sərgilədiyi performansdan razı deyil.
“Neftçi”dən ULUSUM-a verilən məlumata əsasən, baş məşqçi axtarışına çıxan klub yenə də əcnəbi mütəxəssislər arasında seçim etmək niyyətindədir.
Qeyd edək ki, "Neftçi" Miodraq Bojoviçlə 6+1 illik müqavilə imzalamışdı.