Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Coca-Cola” şirkətinin beynəlxalq inkişaf üzrə prezidenti Enrike Braun ilə görüşüb.
Rednews.az xəbər verir ki, bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib.
“Görüşdə sərmayələrin təşviqi üçün ölkəmizin əlverişli iqtisadi mühitinin və xarici investorlar üçün yaradılmış imkanların əhəmiyyətini vurğuladıq. Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələrin icrası, investisiya əməkdaşlığının şaxələndirilməsi potensialı və perspektiv layihələr barədə müzakirələr apardıq”, - M.Cabbarov bildirib.
Turan