"ABŞ Konqresində Ukraynaya dəstək üçün maliyyənin razılaşdırılmasında çətinliklərə baxmayaraq, Vaşinqton Kiyevə yardımı davam etdirəcək".
Rednews.az xəbər verir ki, bu sözləri Dünya İqtisadi Forumu (WEF) çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.
“Biz Ukraynaya dəstəyi davam etdirmək niyyətindəyik və bu məsələdə Konqreslə çox sıx işləyirik. Avropadakı həmkarlarımızın da eyni addım atacağına əminəm”, - deyə Entoni Blinken bildirib.