Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 1-də Avropa İttifaqından 50 milyard avro məbləğində Ukrayna Fondunun yaradılması ilə bağlı müsbət nəticə gözlədiyini bildirib.
Rednews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Birgə brifinqdə də bildirmişdim, yenə deyirəm, 50 milyard avro məbləğində uzunmüddətli dəstək ilə bağlı məhz fevralın 1-də müsbət qərarın verilməsi üçün çalışırıq. Əsl nəticəni fevralın 1-də sizinlə birlikdə görəcəyik. Bunun üzərində hər gün iş gedir.
Vaşinqtondan dayanan yardıma gəlincə, mən buna dekabrda etdiyim açıqlamadan daha müsbət nəticələrlə baxıram. Düşünürəm ki, biz bununla da bağlı müsbət nəticəyə nail olacağıq"- deyə Zelenski vurğulayıb.
Turan