Azərbaycan millisinin sabiq kapitanı, "Azal", "Neftçi", "Kəpəz" klublarının baş məşqçisi olmuş Tərlan Əhmədov Azərbaycan millisində çalışa bilər. Rednews.az xəbər verir ki, Ulusum.az saytının əldə etdiyi məlumata görə təcrübəli mütəxəssis milinin məşqçilər korpusunda yer ala bilər. Hazırda milli komandanın baş məşqçi postu boşdur, təyinat olduğu zaman korpusda Tərlan Əhmədov da ola bilər.
Qeyd edək ki, Tərlan Əhmədovun son iş yeri "Kəpəz" klubu olub.