Paytaxtın Səbail rayonunda yerləşən gecə klublarından birində insident baş verib.
Rednews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən il baş verib və bir nəfər yüngül xəsarət alıb:
“Faktla bağlı rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.