"Hazırda Binəqədi rayonunda baş verən partlayışla bağlı istintaq hərəkətləri davam edir".
Rednews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam etdirilir.
"İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib", - Kamran Əliyev vurğulayıb.