Qazaxıstanın qərbindəki 4 regionda güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Rednews.az-ın xəbərinə görə, bu barədə Qərbi Kazaxıstan vilayətinin rəhbəri Nariman Tureqaliyev sərəncam imzalayıb.
Sənədə əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün xüsusi komissiya yaradılıb. Qeyd edək ki, güclü daşqınlar nəticəsində Terektı, Karatobe və Borlı bölgələrindəki evlərin çoxu su altında qalıb. Yerli hakimiyyətin açıqlamasına görə, hazırda Karaozen, Sarıozen və Ural çaylarında da suyun səviyyəsi təhlükəli həddə çatıb.