Ekvadorun silahlı qüvvələri və polisi həbsxanada iğtişaşlar başlayandan bəri 1327 nəfəri qandallayıb.
Rednews.az xəbər verir ki, bu barədə prezident Daniel Noboanın administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Ekvadorda vəziyyət yanvarın 7-də “Los Choneros” qruplaşmasının “Fito” ləqəbli lideri həbsxanadan qaçdıqdan sonra daha da kəskinləşib.
Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar və girovgötürmə halları baş verib. Yanvarın 8-də Ekvador prezidenti ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan edib.