İranın eks-prezidenti Həsən Ruhaninin Ekspertlər Məclisinə namizədliyi təsdiqlənməyib.
Rednews.az-ın məlumatına görə, bu haqda İranın dövlət informasiya agentliklərindən biri məlumat yayıb.
Məlumata görə, Nəzarət Şurası Həsən Ruhaninin Ekspertlər Məclisinə namizədliyini uyğun hesab etməyib.
Qeyd edək ki, Ekspertlər Məclisi İranın Ali Liderinin fəaliyyətinə nəzarət edən qurumdur.