“İran və ABŞ arasındakı gərginlik pik həddədir. Bu, yeni müharibənin işartılarından xəbər verir”.
Bunu
Rednews.az-a açıqlamasında keçmiş millət vəkili,
politoloq Sona Əliyeva deyib.
Politoloqun fikrincə, Qərb İran amilini ciddi təhdid faktoru hesab edir:
“İranın İraq və Suriyada axırıncı əməliyyatları, raket hücumları çox güman ki, cavabsız qalmayacaq. İsrail və ABŞ-ın cavabından asılı olaraq regionda yeni çalxalanma mümkündür. Çox güman ki, İrana daha sərt cavablar veriləcək. İranın dəstəklədiyi “Husi”lərə qarşı Qərb koalisiyasının addımları da maraqla gözlənilir. “Husi”ilərin zərərsizləşdirilməsi İranın “cənub qanadı”nın sındırılması anlamına gələcək. Sonrakı əsas hədəf isə İran əraziləridir. Bu baxımdan, bölgədə yeni savaş istisna edilmir. Bu ilin birinci yarısına qədər İran-ABŞ münasibətləri özünün ən kəskin həddinə çatacaq”.
Turan