“Rusiya İranla Pakistanı maksimum dərəcədə təmkinli olmağa çağırır”.
Rednews.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü
Mariya Zaxarova söyləyib.
Onun sözlərinə görə, Moskva tərəfləri yaranmış məsələləri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırıb:
“Rusiya ümid edir ki, İran və Pakistan yaranmış fikir ayrılıqlarını tezliklə ənənəvi mehriban qonşuluq ruhunda həll etmək üçün yol tapacaqlar”.