Gürcüstanın ötən il ərzində əsas yanacaq tədarükçüsü 736,1 min tonla Rusiya olub – . Bu ölkənin ümumi yanacaq idxalının 60,9%-ni təşkil edib.
Rednews.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, ötən il Gürcüstanın ikinci və üçüncü əsas yanacaq tədarükçüsü Rumıniya (180,6 min ton) və Bolqarıstan (107,2 min ton) olub.
2023-cü ildə Gürcüstan 1208,9 min ton yanacaq idxal edib ki, bu da bir il əvvələ nisbətdə 58,6 min ton və ya 5,1% çoxdur. İdxal edilən yanacağın 614,3 min tonu benzin, 594,6 min tonu isə dizel olub.
Qeyd edək ki, Gürcüstan ötən il ərzində Azərbaycandan cəmi 84,6 min ton yanacaq idxal edib.
Ahu