Konstantin Qamsaxurdiya Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktoru vəzifəsini tutacaq.
Rednews.az xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində söyləyib.
Məlumata əsasən, Konstantin Qamsaxurdia Giorgi Kekelidzeni əvəz edəcək.
Qamsaxurdiyanın Milli Kitabxanaya nə vaxt sədr təyin ediləcəyi hələlik dəqiq bəlli deyil. Qamsaxurdiya özü də bunun “bir qədər vaxt” alacağını bildirib.
Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktoru Giorgi Kekelidzenin sözlərinə görə, parlamentin spikeri Şalva Papuaşvili ona deyib ki, o, vəzifəsini tərk etməlidir, çünki “11 il çox vaxtdır və yenilik üçün vaxt çatıb". Kekelidze qərarı tənqid edib və ədalətsiz adlandırıb.
Qeyd edək ki, Konstantin Qamsaxurdiya Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğludur.
Tural