Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Mərənd şəhəri yaxınlığında bir neçə mili fəal həbs edilib.Bu barədə
Rednews.az-a yerli media fəalları məlumat veriblər.
Təhlükəsizlik məmurları Məhəmmədrza Müvəhhid, İbrahim Asimani, Yunis Zareiyyun, Siyamək Kuşi, Davud Əzimzadə, Muxtar İbrahimi, Hamid Yeganəpur, Bəhkul Qənbəri, Kərim İsmayılzadə, Möhsün Gənci, Həbib Nigəhban, Yaşar Kərimi, Əhməd Ağayi, Əsgər Fuladvənd və Ruhullah Əhmədinejad saxlayaraq naməlum yerə aparıblar.
Onların Təbrizdə həbsdə olan milli fəal Yürüş Mehrəlibəylinin ailəsi ilə görüşə getdikləri vaxt Mərənd yaxınlığındakı üç yolda həbs edildikləri bildirilib.
Qeyd edilib ki, başqa bir neçə nəfər saxlanılsa da, hələlik onların kimliklərini dəqiqləşdirmək mümkün olmayıb.
Oğuz