Hacıqabulda qatar vuran qadın ölüb.
Rednews.az xəbər verir ki, Hacıqabul sakini, 1975-ci il təvəllüdlü İbrahimova Təhminə Əhəd qızı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlları tərəfindən araşdırma aparılır.
--------------------------------
Hacıqabul rayon sakinini qatar vurub.
Rednews.az-ın məlumatına əsasən, hadisə rayon ərazisindən keçən dəmiryolu xəttində baş verib.
İlkin məlumata görə, piyada hadisə yerində həyatını itirib. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.