"Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro xəttinin inşası nəzərdə tutulmur".
Rednews.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Xocəsən stansiyası istifadəyə verilib:
"Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.