"Bakının Baş Planı Vyana nümunəsi üzərində hazırlanıb. Biz Baş Planı hazırlayarkən Vyananı, Dubayı özümüzə müqayisə üçün götürdük".
Rednews.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır:
"Vyana isə ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özümüzə nümunəvi hədəf kimi götürdük”.